"Gəncə Körpü-Tikinti-2" ASC tenderin qalibi seçilib.
Qaynarinfo.аz xəbər verir ki, tenderi "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC keçirib. Satınalma müsabiqəsi Bakı şəhəri ərazisində dövlət mənzil fonduna aid binaların əsaslı təmiri ilə bağlıdır. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 5 927 597,15 manatdır.
"Gəncə Körpü-Tikinti-2" ASC bununla da cari ildə qalib gəldiyi tenderlərin sayını 4-ə çatdırıb.