Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, şəhər ərazisində "QAZ "markalı aztutumlu yük avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dayanan "Opel" və "Chevrolet " markalı minik maşınlarına çırpılıb.
Qəza zamanı yük maşını aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Avtomobillərə ciddi ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.