Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, Gəncə şəhərində Şah İsmayıl Xətai prospekti ilə Musa Xələfov küçəsinin kəsişməsində qəza qeydə alınıb. "Hyundai SantaFe" ilə "Toyota Aqua" markalı maşınlar toqquşub.
Hadisə zamanı xəsarət alan iki nəfər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin kafidir.
Faktla bağlı araşdırma aparılır.