Gəncənin Zərifə Əliyeva küçəsində yolda yeni xətləmə işləri aparılıb, lakin nə küçənin giriş, nə də çıxış hissəsində yol xətti qoyulub.
Məsələ ilə bağlı Gencexeber.az-a şikayət ünvanlayan sürücülər bildirirlər ki, yalnız ortalıqda bütöv xətt çəkilib, qırıq-qırıq xətlər isə ümumiyyətlə yoxdur.
“Bu isə dönmə və zolaq dəyişmə imkanlarını çətinləşdirir. Nəticədə yol hərəkətində çaşqınlıq, hətta təhlükəli vəziyyətlər yaranır. Sürücülər olaraq bu vəziyyətdən narahatıq və inanırıq ki, məsələnin işıqlandırması ilə daha tez tədbirlər görüləcək”, - deyə şikayətçilər bildiriblər.