Gəncədə Aida İmanquliyeva küçəsində (keçmiş Muxtar Hacıyev küçəsi) yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.az-ın məlumatına əsasən, “Lexus” və “Chevrolet” markalı maşınlar toqquşub. Avtomobillərə yüngül ziyan dəyib.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürət həddi olub.
Sakinlər yeni asfaltlanan yolda süni maneələr quraşdırılmasını tələb edirlər.
Qeyd edək ki, Aida İmanquliyeva küçəsi illərdir bərbad vəziyyətdə olub. Cari ayın əvvəlində asfaltlanıb.