"Artland" İncəsənət Diyarı 4 illik yubileyi və 15 Sentyabr - Bilik Günü münasibətilə Gəncədə maraqlı tədbir təşkil edəcək.
Gencexeber.az bildirir ki, 14 sentyabr saat 14:00-da Xan Bağında "Təbiət qoynunda etüd dərsi" adlı ödənişsiz rəsmlə məşğuliyyət dərsi keçiriləcək.
Tədbirdə 4 yaşdan böyük hər kəs iştirak edə bilər.
İştirakçılardan özləri ilə rəsmlə bağlı ləvazimatlar (boya, kağız, fırça və s.) gətirmələri xahiş olunur.
Qeydiyyat üçün iştirakçının adı, soyadı, yaşı və əlaqə nömrəsi 055 257 66 62 nömrəsinə göndərilməlidir.