Gəncədə taksi maşını minik avtomobilinə çırpılıb.
Gencexeber.az-ın məlumatına görə, hadisə "Metallurq" idman kompleksinin yaxınlığında, Dədə Qorqud küçəsində baş verib.
"BYD" markalı taksi avtomobili yol ayrıcında "Stop" nişanı qarşısında dayanan "VAZ-2106" markalı minik maşınına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.