top
Gəncədə “Son zəng” qalmaqalı – Direktor iddialara cavab verdi - VİDEO
16 iyun 2025, 17:20
- ↺ +

Gəncədə “Son zəng” qalmaqalı – Direktor iddialara cavab verdi - VİDEO

 

Gəncə şəhərində yerləşən M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbiri zamanı xoşagəlməz hadisə baş verib.

Gencexeber.az məlumat verir ki, hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərdə iddialar irəli sürülüb. İstifadəçilərin bildirdiyinə görə, məktəbin direktoru Mehriban Mahmudova tədbir zamanı çıxış edən 11a sinfinin şagirdlərini heç xoşlamadığını deyib. Bundan əlavə, həmin sinfin “Yaşa, Azərbaycan” mahnısı sədalarının müşayiəti ilə rəqs səhnəciyi tədbir vaxtı dayandırılıb.

İddialara görə, direktor sinif rəhbərinə səhnəciyi yarımçıq kəsməyi əmr edib. Səbəb isə tədbir öncəsi tüstü, fişəng, şar və gül istifadəsinin qadağan edilməsi olub.

Redaksiyamız məsələ ilə bağlı adıçəkilən məktəbin direktoru Mehriban Mahmudova ilə əlaqə saxlayıb. Direktor yayılan iddiaları təkzib edib və bildirilib ki, baş verən hadisələr şagirdlərin razılaşdırılmış ssenaridən kənar hərəkətləri nəticəsində yaşanıb: “Səsləndirilən iddialar həqiqəti əks etdirmir və tamamilə yalandır”.

M.Mahmudova yayılan videolardan birində “Bu sinfi heç xoşlamıram” ifadəsinə də münasibət bildirib: “Orada mənim də səsim düşüb, müəllimin də səsi düşüb. Qarışıqlıq olub. Heç özüm səsimi orada tanıya bilmirəm, hansı səs kimə aiddir. Bunlar hamısı boş iddialardır, uşaqların fantaziyasıdır”.

Direktor həmçinin videoların yayılmasında həmin sinfin bəzi şagirdlərinin əli olduğunu güman etdiyini, hətta onların bir qisminin bu səbəbdən polis qarşısında cavab verə biləcəyini istisna etməyib.

Qeyd edək ki, redaksiyamız tərəfindən məsələnin araşdırılması üçün Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Bütün xəbərlər
25 sentyabr 2026, 15:44

Gəncədə Üzeyir Hacıbəyliyə həsr olunmuş konsert keçirilib

Bütün xəbərlər
25 sentyabr 2026, 13:47

Gəncədə məktəblərin yaxınlığındakı çuxurlar sürücüləri BEZDİRİB

Bizim fəxrimiz
25 sentyabr 2026, 12:53

Gəncəli şagirdlər ölkə birinciliyində medal qazanıblar

Bütün xəbərlər
25 sentyabr 2026, 12:32

Gəncədə sabah 32 dərəcəyədək isti gözlənilir

Bütün xəbərlər
25 sentyabr 2026, 11:52

Dövlət qulluğu sertifikatının qüvvədəolma müddəti 2 İLƏ ENDİRİLİR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:28

Dövlət Miqrasiya Xidməti işçi qəbulu elan etdi – VAKANSİYA VAR

Bütün xəbərlər
25 sentyabr 2026, 11:16

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Bütün xəbərlər
25 sentyabr 2026, 11:08

"Payızın dəyişkən hava şəraiti yollarda daha çox diqqət və məsuliyyət tələb edir" - DYP

Bütün xəbərlər
25 sentyabr 2026, 10:40

Azərbaycanda 8 ayda dövlət xəttilə 263 milyon manat ipoteka krediti verilib

Oxşar xəbərlər