top
Gəncədə sərnişinlər ikiqat pul çıxılmasından şikayətçidir - İDDİA
10 oktyabr 2025, 12:33
- ↺ +

Gəncədə sərnişinlər ikiqat pul çıxılmasından şikayətçidir - İDDİA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, "BakuBus"ın Gəncədə fəaliyyətə başlaması ilə əlaqədar olaraq, avtobuslarda gediş haqqını yalnız "CityCard" vasitəsilə deyil, həm də istənilən bank kartı ilə nağdsız şəkildə ödəmək mümkündür.

Lakin son günlər bu üsuldan istifadə edən sərnişinlərdən redaksiyamıza çoxsaylı şikayətlər daxil olub. Onların sözlərinə görə, müxtəlif bank kartları ilə ödəniş etdikdən sonra hesablarından iki, hətta üç dəfə eyni məbləğdə vəsait çıxılıb.

Gəncə sakini Gencexeber.az-a müraciətində bildirib ki, o, avtobuslarda ödəniş etmək üçün "LeoBank" kartından istifadə edir. İndiyədək heç bir problem yaşanmasa da, son günlərdə kartından gecə saatlarında avtobusdan istifadə etmədiyi halda əlavə ödəniş çıxılıb.

"Bu, dünən də baş verdi. Saat 18:22-də avtobusda 60 qəpik ödəniş etmişdim. Lakin gecə saat 03:56-da eyni məbləğ bir daha kartımdan tutuldu. Bu ilk belə hal deyil", – şikayətçi bildirib. 

Onun sözlərinə görə, məsələ ilə bağlı əvvəlcə "LeoBank"a müraciət edib. Bank nümayəndələri isə ona ödənişləri internet üzərindən qəbul edən "PayRiff" şirkətinə müraciət etməyi tövsiyə ediblər. Lakin o, oradan da aydın cavab ala bilməyib:

"Onlar dedilər ki, ola bilər, pul avtobusda ödəmə zamanı çıxılmayıb, gecikmə ilə gecə saatlarında çıxılıb. Halbuki, mən eyni ödənişin iki dəfə tutulduğunu tarixçə ilə sübut etmişəm. Amma nə pul qaytarılıb, nə də məsələ həllini tapıb".

Qeyd edək ki, hazırda Gəncədə onlarla sərnişin eyni problemlə üzləşdiyini iddia edir. Onlar aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsini, artıq tutulan məbləğin geri qaytarılmasını və ödəniş resurslarının dəqiq işləməsi üçün tədbirlərin görülməsini tələb edirlər.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Oxşar xəbərlər