top
Gəncədə saxta idmançılar çoxalıb – Qulaqsındırma “TRENDİ”
22 avqust 2025, 16:48
- ↺ +

Gəncədə saxta idmançılar çoxalıb – Qulaqsındırma “TRENDİ”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

 

Gəncə daxil Azərbaycanın bir çox yerlərində maraqlı, eyni zamanda, narahatedici bir meyil yayılıb.

Lent.az-ın məlumatına görə, bəzi gənclər arasında “idmançı görünüşü” əldə etmək üçün qulaqlarını bilərəkdən zədələtmək dəbə çevrilib. Hətta sosial şəbəkələrdə bu məqsədlə xüsusi səhifələr yaradılıb və “qulaqqırma xidməti” təklif olunur.

Xidmət göstərən şəxslər çəkdikləri videoları paylaşaraq həm “nəticəni nümayiş etdirir”, həm də yeni müştərilər toplamağa çalışırlar. Qiymətlər isə gənclər üçün əlçatan hesab edilir: bir qulağın qırılması 70 manata başa gəlir.

Məsələ ilə bağlı açıqlama verən tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirib ki, insanın taleyi, səhhəti ilə bağlı məsələlər onun öz qərarına bağlıdır:

“Lakin bir şeyi nəzərə almaq lazımdır ki, əgər bunlar ictimai təhlükə yaradırsa, buna dövlət də müdaxilə etməlidir. Bu işi görən adamların lisenziyası varmı? Onlar ciddi şəkildə araşdırılmalıdır”.

Psixoloq Elnur Rüstəmov bildirib ki, “idmançı görünüşü” üçün qulaqsındırma tendensiyası, əslində, narahatedici sosial-psixoloji problemdir:

“Gənclər arasında bu cür davranış, əslində, bir çox səbəblərdən qaynaqlanır. Səbəblərdən biri kimlik axtarışıdır. Xüsusən, gənclik dövründə insanlar “mən kiməm?” sualına cavab axtarırlar. İdmançıya bənzəmək, “qorxmaz və güclü” obrazı yaratmaq bir çox gəncin həm yaşıdları, həm də sosial mühit qarşısında qəbul olunmaq üçün seçdiyi yoldur. Belə ki, qulağın sındırılması xarici görünüşdə sərtlik və “döyüşçü” imici yaradır. Bu isə onlarda bir növ kimlik təsdiqi rolunu oynayır.

Başqa bir səbəb kimi sosial şəbəkələri qeyd edə bilərik. Çünki sosial media müasir gənclərin davranışlarında çox böyük rol oynayır. Bu gün artıq müəyyən davranış və ya görüntü sosial şəbəkədə trend olur və gənclər arasında sürətlə yayılır. Qulaq sındırmaq da bir növ “status simvolu” kimi təqdim olunduqda insanlar onu izləyir və təqlid edirlər. Nəzərə alsaq ki, ödənişli xidmətlərin yaranması bu prosesi kommersiyalaşdıraraq daha geniş yayılmasına səbəb olur”.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:52

Gəncədə atasını yuxudan oyadan oğul 25 gün həbsdə olacaq

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Oxşar xəbərlər