Gəncə şəhər M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin 2000-ci il məzunları illərin dostluğunu yaşatmağa davam edirlər.
Gencexeber.az-ın məlumatına görə, həmin ilin 11b sinifinin məzunları 25 illik yubileyləri münasibətilə sinif rəhbərləri Məhəbbət Rüstəmovanı ziyarət ediblər. Onlar müəllimlərinə dərin ehtiramlarını bildirib, illər öncəki məktəb xatirələrini bölüşüblər.
Tədbir səmimi atmosferdə keçib, müəllim və şagirdlər bir daha birlikdə keçirdikləri illəri sevgi ilə xatırlayıblar. Məzunlar bildiriblər ki, onların həyatdakı uğurlarında Məhəbbət müəllimənin rolu danılmazdır.