top
Gəncədə Qurban Bayramı ərəfəsində monitorinqlər keçirilib
03 iyun 2025, 10:15
- ↺ +

Gəncədə Qurban Bayramı ərəfəsində monitorinqlər keçirilib

 

Respublikanın bütün bölgələrində olduğu kimi, Gəncə şəhərində də qurbanlıq heyvanların kəsimi və satışı müvafiq norma və qaydalara uyğun, rahat və təhlükəsiz şəkildə həyata keçirilməsi üçün xüsusi məntəqələr yaradılıb.

Gencexeber.az bildirir ki, şəhərin “Kəpəz-Bazarı” ASC-də, "İmamzadə" Dini Kompleksinin qurbangahında, M.Bağırov küçəsində və keçmiş “Ət kombinatı”nın ərazisində qurbanlıq heyvanların satışı və kəsimi üçün məntəqələr təşkil olunacaq.

Bayram günlərində şəhər ərazisində qurbanlıq heyvanların kəsimi və satışının düzgün təşkili məqsədilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun müvafiq sərəncamı ilə “İşçi qrupu” yaradılıb.

Ötən gün “İşçi qrupu”nun üzvləri sözügedən məntəqələrə baxış keçiriblər. Qrupun rəhbəri, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev satışı və kəsimi həyata keçirəcək məsul şəxslərlə görüşərək onlara izahat verib.

O bildirib ki, Qurban Bayramı günlərində vətəndaşlar və sahibkarlar qurbanlıq heyvanların kəsimini yalnız Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində qeydiyyatdan keçmiş kəsim məntəqələrində həyata keçirməlidirlər. Diri heyvanların satışı isə həmin məntəqələrin yanında xüsusi ayrılmış sahələrdə təşkil olunacaq. Qurbanlıq heyvanların kəsimindən əvvəl baytar həkimlər tərəfindən müayinə olunmasının vacibliyi də diqqətə çatdırılıb.

Bununla yanaşı, Adil Tağıyev məntəqələrdə gigiyena qaydalarına riayət olunmasına dair tapşırıq verib və bu sahədəki nöqsanlarla bağlı iradlarını bildirib.

Qeyd edək ki, sakinlər Qurban Bayramı günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları almaq, satmaq və ya kəsmək üçün göstərilən ünvanlara müraciət edə bilərlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:07

Azərbaycanda 1 nəfər quduzluğa yoluxub

Bütün xəbərlər
Bu gün, 13:35

Sabah dolu düşəcək, duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:24

"Kənd yerində 500 manatlıq iş olsa, heç kim Bakıya gəlməz" - Tahir Kərimli

Bütün xəbərlər
Bu gün, 12:19

Gəncədə paradoks: işıqfor TIXAC YARADIR

Bütün xəbərlər
Bu gün, 10:56

Göygöldə qanunsuz tikili sökülüb

Bütün xəbərlər
Bu gün, 10:24

Gəncəli hakim İtaliyada tarix yazdı

Bütün xəbərlər
Bu gün, 09:51

"Gəncə" mahnısı üstündə bıçaqlanma - 2 il 6 ay HƏBS

Bütün xəbərlər
Bu gün, 09:19

Qənirə Paşayevanın vəfatından 3 il ötür

Bütün xəbərlər
Bu gün, 08:40

34 yaşlı kişi bıçaqlandı, şübhəli saxlanıldı

Bütün xəbərlər
Bu gün, 00:01

28 sentyabr 2020: Vətən Müharibəsinin ikinci günü

Bütün xəbərlər
Dünən, 00:05

Vətən müharibəsinin ilk günü: Rəşadətli ordumuzun azad etdiyi ərazilər

Tarix
Dünən, 00:00

Bu gün İkinci Qarabağ müharibəsinin başlamasından altı il ötür

Bütün xəbərlər
26 sentyabr 2026, 17:33

Azərbaycanda çörək BAHALAŞACAQ? - AÇIQLAMA

Bütün xəbərlər
26 sentyabr 2026, 16:56

Spirtli enerji içkisi içib həmyerlisini bıçaqladı – 9 aylıq cəza

Bütün xəbərlər
26 sentyabr 2026, 15:19

Gəncədə evi su basır, İcra Hakimiyyəti isə SUSUR – İDDİA

Bütün xəbərlər
26 sentyabr 2026, 13:45

Gəncədə 44 həmişəyaşıl ağac əkilib

Bütün xəbərlər
26 sentyabr 2026, 13:00

Gəncəli 6-cı sinif şagirdi bütün rəqiblərini məğlub edib

Bütün xəbərlər
26 sentyabr 2026, 12:15

Gəncədə şadlıq sarayının qarşısında PARKİNQ PROBLEMİ

Bütün xəbərlər
26 sentyabr 2026, 11:00

Qadın keçmiş ərinin təpəsini qaynar qaşıqla əzib

Bütün xəbərlər
26 sentyabr 2026, 10:08

Gəncədə zibil maşınları ilə bağlı iddialara RƏSMİ CAVAB

Bizim fəxrimiz
26 sentyabr 2026, 09:04

Gəncəli taekvondoçu "Koreya Səfiri Kuboku"nda medal qazandı

Bütün xəbərlər
25 sentyabr 2026, 17:42

Gəncədə kişi keçmiş arvadını bıçaqladı - HÖKM

Gəncəbasar
25 sentyabr 2026, 17:06

Şəhid ailələrinə və müharibə əlillərinə 50 mənzil verildi

Bizim fəxrimiz
25 sentyabr 2026, 16:01

Gəncəli məktəbli zehni ilə PARLADI

Oxşar xəbərlər