Gəncədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Gencexeber.az bildirir ki, şəhərin 28 may küçəsində "Hyundai" markalı avtomobil idarəetməni itirib və "Volkswagen" markalı maşına çırpılıb.
Nəticədə "Hyundai"də olan iki nəfər müxtəlif dərəcli bədən xəsarətləri alıblar. Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb.