Səhiyyə Nazirliyinin "Respublika Qan Bankı" PHŞ tərəfindən Gəncə şəhərində "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlar üçün könüllü qanvermə aksiyası təşkil olunub.
Gencexeber.az bildirir ki, Qan Bankının Gəncə Bölməsində keçirilən aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov və İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak ediblər.
Qeyd edək ki, aksiyanın məqsədi talassemiyadan əziyyət çəkən uşaqların müalicəsinə dəstək olmaq və cəmiyyət arasında könüllü donorluğun təşviqinə töhfə verməkdir. Aksiya gün ərzində davam edəcək.