Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhərində bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Gencexeber.az bildirir ki, hadisə yerinə Nazirliyin Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunublar.
Görülən tədbirlər nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib.