Mədəniyyət Nazirliyi ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Məktəblilər üçün teatr pedaqogikası” layihəsinə start verilib.
Gencexeber.az bildirir ki, layihə çərçivəsində iyunun 18-də Gəncə Dövlət Dram Teatrında Abdulla Şaiqin "Tıq-tıq xanım" əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunub.
Qeyd edək ki, layihənin məqsədi məktəblilər arasında estetik zövq formalaşdırmaq, incəsənətə marağı artırmaq və onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
