Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, 1985-ci il təvəllüdlü Elnur Əsgərov "VAZ-2106" markalı minik avtomobili ilə yolu keçmək istəyən qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.