Azərbaycanda avqustun 22-də havanın küləkli, bəzi yerlərdə yağışlı keçəcəyi gözlənilir.
Bu barədə Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.