Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Gencexeber.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-34° isti, dağlarda gecə 12-17° isti, gündüz 21-26° isti olacaq.