Gəncədə qəza olub.
Unikal.аz xəbər verir ki, hadisə şəhərin Totanlı dairəsi adlanan ərazisində qeydə alınıb. Hərəkətdə olan iki "VAZ" markalı minik maşını toqquşub. Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.