Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Apa.аz xəbər verir ki, qəza şəhərin “Bağman” adlanan ərazisində qeydə alınıb.
Hərəkətdə olan iki minik avtomobili toqquşub.
Nəticədə 1982-ci il təvəllüdlü N.Nəcəfov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.