Gəncənin Avtozavod yaşayış massivində gənclərin idman etməsi üçün qurulan meydançada xalça yuyulub qurudulur.
Məsələ ilə bağlı Gencexeber.az-a şikayət edən gənclər bildirir ki, yayda hər gün bu mənzərə ilə qarşılaşırlar.
“Futbol qapılarında, turniklərdə və digər avadanlıqlarda xalça asıb qurudurlar. Alətlər idman etmək üçün qurulub, amma meydança xalçayuma məntəqəsinə bənzəyir. Bu haldan çox şikayətçiyik, artıq aidiyyəti qurumlardan məsələ ilə bağlı dəstək gözləyirik”, - şikayətdə bildirilir.