Gəncə şəhərinin Şeyx Bahəddin küçəsində antisanitar vəziyyətlə bağlı sakinlərin şikayəti əsasında ərazidə təmizlik işləri aparılıb.
Gencexeber.az-a müraciət edən sakinlər küçədəki zibil konteynerlərinin qapaqlarının olmadığını, dilənçiliklə məşğul olan şəxslərin isə tullantıları konteynerlərdən çıxararaq ətrafa dağıtdıqlarını bildirmişdilər. Nəticədə yaşayış binalarının ətrafında antisanitar vəziyyət yaranmışdı.
Sakinlərin şikayətindən sonra Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Ərazi Xidmət Sahələrinin əməkdaşları ərazidə təmizlik işləri həyata keçiriblər.
Konteynerlərin ətrafına səpələnmiş məişət tullantıları yığılıb, zibil qutuları boşaldılıb, yaşayış binalarının ətrafı təmizlənib. Toplanan tullantılar ərazidən daşınıb.