top
Gəncədə BakuBus MMC-nin fəaliyyəti ilə bağlı NARAZILIQLAR
30 sentyabr 2025, 12:44
- +

Gəncədə "BakuBus" MMC-nin fəaliyyəti ilə bağlı NARAZILIQLAR

"BakuBus" MMC sentyabrın 28-dən etibarən Gəncədə şirkətin istismarına verilmiş marşrut xətlərinin fəaliyyətinə başlayıb. Lakin sərnişinlər yeni sistemdən ciddi narazılıq edirlər. Şikayətlər əsasən dayanacaqların arasındakı məsafə, avtobusların intervalı və sürücülərin davranışı ilə bağlıdır.

Gencexeber.az məlumat verir ki, şəhər sakinləri bildirirlər ki, bəzi dayanacaqlar arasında məsafələr həddən artıq çoxdur. Məsələn, 22 saylı məktəbin yaxınlığında dayanacaq yoxdur, yalnız "Cırtdan park" və "Bağman" adlanan tarixi məhəllələrin ərazilərində dayanacaqlar yerləşdirilib. Şagirdlər və tələbələr dərsə getmək üçün yolun böyük bir hissəsini piyada qət etmək məcburiyyətində qalırlar. Sakinlər xüsusilə qış mövsümündə uşaqların soyuqda əziyyət çəkəcəyini vurğulayırlar.

Bundan başqa, 14 nömrəli avtobus xətti üzrə cəmi 4 avtobus istismara buraxılıb. Sakinlərin sözlərinə görə, bu səbəbdən nəqliyyat vasitələri arasında bir saat interval yaranıb. 6 nömrəli avtobusu gözləyən 30-dan çox ikinci növbədə təhsil alan məktəb şagirdi isə nəqliyyat vasitəsinin gəlib çıxmadığına görə, evlərinə piyada gedib.

Sakinlər həmçinin sürücülərin davranışından da şikayət edirlər. Dünən 8 nömrəli marşrutda bir sərnişinə əlində kiçik paket olduğuna görə avtobusa minməyə icazə verilməyib. Sözügedən məntiqə sığmayan davranış şirkətin daxili qaydaları ilə əlaqələndirilib. Gəncəlilər sürücülərin sərnişinlərə qarşı daha mədəni münasibət göstərmələrini tələb edirlər.

Şəhər sakinləri bildirirlər ki, əgər avtobusların sayı az, intervallar isə uzun olacaqsa, bu barədə qabaqcadan məlumat verilməlidir. Vətəndaşlar da hansı avtobusun hansı intervalla işlədiyini əvvəlcədən bilib gündəlik işlərini ona uyğun tənzimləyə bilsinlər. Hazırda insanlar avtobus tapa bilmədikdə məcburən taksi xidmətindən istifadə edirlər ki, bu da əlavə maddi yük yaradır.

Qeyd edək ki, bu gün "BakuBus" MMC-nin 16, 19 və G2 nömrəli marşrut xətləri fəaliyyətə başlayıb. 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 00:01

Rəşadətli Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bütün xəbərlər
25 iyun 2026, 16:41

MN-in şəhid hərbçiləri və mülki işçiləri ölümündən sonra təltif edildi - Siyahı

Bütün xəbərlər
25 iyun 2026, 16:01

Keçmiş kürəkənini bellə döydü, 7 min manat xərcə düşdü

Bütün xəbərlər
25 iyun 2026, 15:08

Gəncədə şəhid qızı universiteti qırmızı diplomla bitirdi - 35 yaşında

Bütün xəbərlər
25 iyun 2026, 12:19

Bu gün qısa iş günüdür

Bütün xəbərlər
25 iyun 2026, 11:00

"Repetitor yanına getməmişəm" - 400 bal toplayan gəncəli abituriyent

Bütün xəbərlər
25 iyun 2026, 09:32

"TIR" "Niva" ilə toqquşdu, ata ilə oğlu yaralandı

Bütün xəbərlər
24 iyun 2026, 16:32

Gəncədə "Məzun günü" keçirilib

Bütün xəbərlər
24 iyun 2026, 15:57

Gəncəli Milli Qəhrəmanın həyat yoldaşı bu suala əsəbiləşdi

Bizim fəxrimiz
24 iyun 2026, 14:27

Gəncə kikboksçuları Azərbaycan çempionatında 30 medal qazanıblar

Bütün xəbərlər
24 iyun 2026, 13:44

Sabah dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
24 iyun 2026, 11:18

Nazirlikdən hava ilə bağlı əhaliyə - Müraciət

Bütün xəbərlər
24 iyun 2026, 10:48

Vətəndaşların bankdakı pulu xeyli artıb

Bütün xəbərlər
24 iyun 2026, 09:35

İmamzadə "Aşura" mərasimi üçün tam hazırdır

Bütün xəbərlər
23 iyun 2026, 17:15

Gəncə Tibb Kollecində məzun gününə görə 10 manat yığılır – İDDİA

Bütün xəbərlər
23 iyun 2026, 16:38

Gedişhaqqı artıb, amma kondisionerlər işləmir? – Gəncəlilər narazıdır

Bütün xəbərlər
23 iyun 2026, 15:54

Gəncədə tullantılarını kanala axıdan restoran aşkarlandı

Bütün xəbərlər
23 iyun 2026, 15:19

Azər Məmmədov yenidən "Kəpəz"in baş məşqçisi olub

Bütün xəbərlər
23 iyun 2026, 15:02

Azərbaycanda neçə lüks avtomobil var?

Bütün xəbərlər
23 iyun 2026, 14:21

Gəncədə ilin ilk rübündə əsas kapitala 26,4 milyon manat investisiya yönəldilib

Bütün xəbərlər
23 iyun 2026, 13:38

Stul, stəkan, xalça, ədyal – Gəncədə kişi qonşusunun evini qarət etdi

Bütün xəbərlər
23 iyun 2026, 13:03

"Braziliyanı DÇ-2026-da favoritlər siyahısında görmürəm" – Gəncəli veteran futbolçu

Bütün xəbərlər
23 iyun 2026, 11:52

"Gəncə" voleybol klubu məşqçi ilə yollarını ayırıb

Bütün xəbərlər
23 iyun 2026, 11:17

Gəncədə bağçada südlü düyünü düyüsüz verirlər - İDDİA

Oxşar xəbərlər