top
Gəncədə avtobuslarda ikiqat ödəniş kimi görünən hallarla bağlı açıqlama
12 oktyabr 2025, 12:49
- ↺ +

Gəncədə avtobuslarda ikiqat ödəniş kimi görünən hallarla bağlı açıqlama

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəbər verdiyimiz kimi, son günlərdə Gəncə şəhərində ictimai nəqliyyatda ödənişlərlə bağlı bəzi suallar yaranıb. 

Gencexeber.az-a citycard.аz-dan verilən məlumata görə, sərnişinlərin kartından eyni gün ərzində iki dəfə pul tutulması halları ilə bağlı gələn müraciətlər araşdırılıb. Bildirilib ki, araşdırma nəticəsində məlum olub ki, bu, bir səfər üçün ikiqat ödəniş deyil, iki fərqli səfərin ödənişidir.

Əlavə edilib ki, bu vəziyyətin səbəbi borc adlı texniki mexanizmdir: "Bu sistem avtobusa mindiyiniz zaman ödəniş sorğusunun sistem tərəfindən dərhal təsdiqlənmədiyi hallarda işə düşür. Bu zaman siz səfərinizi maneəsiz davam etdirə bilərsiniz, lakin ödəniş bir qədər gecikmə ilə ödəniş sistemi tərəfindən təsdiqlənir".

Redaksiyamız tərəfindən paylaşılan ödəniş qəbzi ilə bağlı qeyd olunur ki, 8 oktyabr tarixində sernişin tərəfindən avtobusa minərkən 0.60 qəpik ödəniş edilib. Həmin vaxt sistem borc adlı mexanizmdən istifadə edib. Bu mexanizm ödənişi dərhal sistemdən silmək əvəzinə müvəqqəti borc kimi qeyd edir ki, sərnişin səfərini problemsiz davam etdirə bilsin. Daha sonra ödəniş sistem tərəfindən təsdiq olunaraq borc bağlanır və məbləğ kartdan silinir. Məhz bu səbəbdən 8 oktyabr səfərinin ödənişi 10 oktyabr saat 03:56-da kartdan çıxılıb.

9 oktyabr tarixində eyni kartla edilən növbəti səfərin ödənişi isə dərhal həyata keçirilib və həmin gün 0.60 ₼ tutulub.

Beləliklə, 8 oktyabr, saat 15:54-də edilən ödəniş sistemdə borc kimi saxlanıldığı üçün 10 oktyabr, saat 03:56-da kartdan silinib, 9 oktyabr, saat 18:17-də edilən səfərin ödənişi isə həmin gün, saat 18:18-də həyata keçirilib.

Məbləğlərin eyni (0.60 ₼) olması və tarixlərin bir-birinə yaxın olması səbəbindən bu vəziyyət "ikiqat ödəniş" kimi görünə bilər, lakin iki fərqli səfərin ödənişidir.

Hər bir ödəniş sistemdə RRN adlanan unikal əməliyyat nömrəsi ilə qeyd olunur. Bu kodların fərqli olması, həmin ödənişlərin ayrı-ayrı səfərlərə aid olduğunu göstərir.

Son xəbərlər

Tarix
Bu gün, 00:05

Beş il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:00

11 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 15-cü günü

Bütün xəbərlər
Dünən, 16:59

Gəncədə bağça həyətləri uşaqların üzünə gülmür

Bütün xəbərlər
Dünən, 16:17

Azərbaycan Avstraliyadan albalı və gilas idxalını bərpa edib

Bütün xəbərlər
Dünən, 14:30

Gəncədə hər 10 min nəfərə 38, Bakıda isə 100 həkim düşür

Bütün xəbərlər
Dünən, 12:25

Gəncədə oğlunun qisasını almaq istəyən kişinin cəzası AZALDILDI

Bütün xəbərlər
Dünən, 11:19

Gəncə məhkəmələrinə yeni hakimlər təyin olundu

Bütün xəbərlər
Dünən, 10:12

"İmamzadə" məscidində tavandan su damır, interyer dağılır

Bütün xəbərlər
Dünən, 09:02

Tanınmış həkim Sahib Rəsulov vəfat edib

Bütün xəbərlər
Dünən, 00:00

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Bütün xəbərlər
09 oktyabr 2026, 17:34

Moskvada məşhurlarla çalışdı, səviyyəli şoular yaratmaq üçün qayıtdı – GƏNCƏLİ REJİSSOR

Bütün xəbərlər
09 oktyabr 2026, 16:00

Gəncəlilər keçən il 2.5 milyard manata yaxın pul qazanıb

Bütün xəbərlər
09 oktyabr 2026, 14:15

51 yaşlı tibb bacısı ürəyinə bıçaq vurub, vəziyyəti ağırdır

Bütün xəbərlər
09 oktyabr 2026, 13:49

Gəncəyə gələn sərnişinlərin ilk qarşılaşdığı mənzərə – BƏRBAD YOL

Bütün xəbərlər
09 oktyabr 2026, 11:44

Özünü müqəddəs sayaraq anasını öldürən şəxslə bağlı QƏRAR

Bütün xəbərlər
09 oktyabr 2026, 09:16

Gəncədə yeniyetmənin bıçaqlandığı yerə güllər düzülür…

Bütün xəbərlər
09 oktyabr 2026, 00:05

Hadrutun işğaldan azad olunmasından 6 il ötür

Bütün xəbərlər
09 oktyabr 2026, 00:00

9 oktyabr 2020-ci il: Vətən Müharibəsinin 13-cü günü

Bütün xəbərlər
08 oktyabr 2026, 18:01

Gəncədə işləyən şəxslərin sayı 10 il ərzində 10 faiz azalıb

Bütün xəbərlər
08 oktyabr 2026, 16:37

"İl ərzində sabitliyi qoruya bilmədim" - gəncəli şahmatçı

Bütün xəbərlər
08 oktyabr 2026, 16:03

Sosial şəbəkələrdə bir ailəni söyürdü, 7 min manat CƏRİMƏLƏNDİ

Bütün xəbərlər
08 oktyabr 2026, 15:29

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

Bütün xəbərlər
08 oktyabr 2026, 14:57

Gəncəli Əməkdar artistin yubileyidir

Bütün xəbərlər
08 oktyabr 2026, 14:15

Gəncədə "BakuBus"ın fəaliyyətindən öz sürücüləri də narazıdır? - İDDİA

Oxşar xəbərlər