Gəncə şəhərində 3 nəfərə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gencexeber.az-ın məlumatına əsasən, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V.Rüstəmov, qardaşı R.Rüstəmov və E.Məmmədova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 30 yaşlı Fərmənd Cənaqərd Məhəmməd Cavad Əziz saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hadisə 2 gün əvvəl Gülüstan qəsəbəsində qeydə alınıb.