Gəncədə 1996-cı il təvəllüdlü Elmir Əmirov bıçaqlanıb.
Gencexeber.az məlumat verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Əmirova kəsici-deşici alətlə və yumruqla xəsarət yetirməkdə şübhəli bilinən Sərxan Qəhrəmanov və Ruslan Abbasov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.