Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki restoranlardan birinin qarşısında baş verib. 2001-ci il təvəllüdlü Vüsal Rüstəmov bədənin müxtəlif nahiyyələrinin kəsilmiş yaraları ilə xəstəxanaya çatdırılıb.
V.Rüstəmova dərhal tibbi yardım göstərilib. Onun vəziyyəti kafidir.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.