Ekofəallar Samux rayonunda təbiətə ziyan vurulması ilə bağlı iddialar səsləndiriblər.
Gencexeber.az ekofront.az-a istinadən xəbər verir ki, Qırmızı Samux kəndi yaxınlığında, Kür çayı sahilində yerləşən təxminən 200 hektar seyrək meşəlik, yulğunluq ərazisi məhv edilib. Bildirilib ki, sözügedən yaşıllığın bu yerlərdə selqoruyucu özəllikləri var.
Ekofəallar hüquq-mühafizə orqanlarına müraciət edərək, faktın araşdırılmasını və təqsirli şəxslərin müəyyən olunmasını tələb ediblər.