“Gəncə” voleybol komandası ABŞ-dən olan libero Alisa Kim ilə bir mövsümlük müqavilə imzalayıb.
Gencexeber.az bildirir ki, voleybolçu ötən mövsümü Rumıniyanın "Rapid Buxarest" komandasında keçirib və ölkə kuboku yarışlarında yarımfinal iştirakçısı olub.
Libero karyerası ərzində Sloveniyanın "GEN-I" və ABŞ-nin "Gonzaga University" komandalarında forma geyinib.