top
Gəncə terrorunda valideynlərini itirən Sevil: Xatırlamaq çox çətindir
Müsahi̇bə
11 oktyabr 2025, 15:35
- +

Gəncə terrorunda valideynlərini itirən Sevil: "Xatırlamaq çox çətindir"

Xəbər verdiyimiz kimi, bu gün Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhərinin - Gəncənin Ermənistan Silahlı Qüvvələri tərəfindən 4-cü dəfə raket atəşinə tutulmasından 5 il ötür.

Gəncə terrorunun canlı şahidləri arasında Sevil və Hüseyn də var.

Modern.аz saytı o üzücü anların şahidi olan Sevil Əliyeva ilə həmsöhbət olub.

"Həmin vaxtdan 5 il keçsə də, o gecəni unuda bilmirəm. İnsanın yaddaşına silinməz iz buraxan, ifadəsi olmayan, çox çətin anlar idi. Terrorun heç gözləmədiyim bir vaxtda-gecə yarısı baş verməsi hər şeyi daha da ağırlaşdırmışdı. O an həyatımda ilk dəfə əsl çarəsizliyi yaşadım".

Bu sözləri Gəncə terroru zamanı hər iki valideynini itirən Sevil Əliyeva saytımıza deyib.

Sevil xanım həyat yoldaşının onu xilas etdiyi anlardan da bəhs edib:

"Dəqiq vaxtı xatırlamıram, amma çox keçməmişdi ki, həyat yoldaşım Talışın səsini eşitdim. Hamıdan əvvəl o yetişmişdi. Əvvəlcə mənə kömək etdi, evdən çıxarmağa çalışdı. Amma mən valideynlərimi orada qoyub gedə bilməyəciyimi dedim. Onların otağına keçdik, orada təsəvvürə gəlməyən bir mənzərə hökm sürürdü - səslər bir-birinə qarışmışdı. Hər yerdə fəryad səsləri eşidilirdi. O səslər arasında atamın səsini də eşitdim… O artıq son nəfəsini verirdi. Üstü daş və torpaqla örtülü olsa da, səsi hələ də gəlirdi. Talış vəziyyəti anlayan kimi məni qucağına alıb məcbur evdən çıxardı".

Müsahib həyat yoldaşının fədakarlığından da bəhs edib:

"Talışla eyni sinifdə oxumuşuq, həm də qonşu olmuşuq. Həyat bizi hər zaman bir yerdə saxladı. O, heç bir çətin anımda məni tək qoymadı. Yaşımız az olsa da, o, hər zaman mənə dayaq olmağa çalışdı. İllər keçdikcə, mənim ən çox güvəndiyim insan, ən yaxın dostum, dərd ortağım və nəhayət, sözün əsl mənasında həyat yoldaşım oldu. Bu, mənim üçün böyük bir xoşbəxtlikdir", - deyə o bildirib.

Sevil Əliyeva o günlərdən keçməyin asan olmadığını da vurğulayıb:

"Allah heç bir övlada belə ağrılar yaşatmasın. O dağıntılar, insanların fəryadı, cansız bədənlər gözümün önündən, qulağımdan silinmirdi. Aylarla yuxuya gedə bilmirdim".

Qeyd edək ki, yaxın zamanlarda Sevil Əliyeva ana olacaq.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:00

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
Dünən, 18:19

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
Dünən, 15:15

Gəncə İdman Sarayının ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
Dünən, 14:44

Doludan zərərçəkən sakinlərə dam örtüyü materialları verilir

Bütün xəbərlər
Dünən, 14:08

Sabah 32 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:51

Evdə təmir işləri aparan kişi həyatını itirdi

Bütün xəbərlər
Dünən, 12:39

"Rüşvət verib toyuq-cücə saxlayırlar" - "Ferma"ya çevrilən qəsəbə sakinlərindən İDDİA

Bütün xəbərlər
Dünən, 11:25

Bir sutkada qazanılan tarixi Zəfər

Bütün xəbərlər
Dünən, 11:16

Borc söhbəti bıçaqlı davaya çevrildi – 2 il 3 ay həbs cəzası

Bütün xəbərlər
Dünən, 00:00

Antiterror əməliyyatlarından üç il ötür

Bütün xəbərlər
18 sentyabr 2026, 20:36

Azər Məmmədov: "Çox istərdim ki, "Kəpəz" kubokun finalında olsun"

Bütün xəbərlər
18 sentyabr 2026, 18:00

Bu rayonlarda heyvan bazarları fəaliyyətə BAŞLADI

Bütün xəbərlər
18 sentyabr 2026, 17:06

Çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
18 sentyabr 2026, 16:34

AFFA Gəncədə məşqçilik kursu təşkil edəcək

Bütün xəbərlər
18 sentyabr 2026, 15:56

Bu xəstəlik Azərbaycanda sürətlə artır – RƏSMİ RƏQƏMLƏR

Bütün xəbərlər
18 sentyabr 2026, 15:15

"Turan Tovuz"un qapıçısı Azərbaycan millisinə qarşı oynaya bilər

Bütün xəbərlər
18 sentyabr 2026, 14:39

"Sən arvadının canı, təmiz yu" sözünə görə d*va düşdü - 3 illik cəza

Bütün xəbərlər
18 sentyabr 2026, 14:05

Sabah şimşək çaxacaq, dolu düşəcək - PROQNOZ

Bütün xəbərlər
18 sentyabr 2026, 12:56

Gəncədə yeni inşa olunan məktəbin ətrafı TƏMİZLƏNİB

Bütün xəbərlər
18 sentyabr 2026, 12:16

Gəncənin mərkəzində binanın fasadında çatlar yaranıb - ŞİKAYƏT

Bütün xəbərlər
18 sentyabr 2026, 11:04

Gəncədə təhlükəli çinar ağacının budaqları kəsildi

Bütün xəbərlər
18 sentyabr 2026, 09:54

Məhkəmə tanışını bıçaqlayan şəxsin cəzasını azaltmadı

Bütün xəbərlər
18 sentyabr 2026, 09:27

Gəncədə tələbə və müəllimlərin ifasında ödənişsiz tamaşa olacaq

Bütün xəbərlər
17 sentyabr 2026, 17:40

"Kəpəz" 15 yaşlı qapıçısı ilə peşəkar müqavilə bağladı

Oxşar xəbərlər