Gəncədə üç gün davam edəcək kitab sərgisi təşkil olunacaq.
Gencexeber.az məlumat verir ki, "Gəncə Kitab Sərgisi" noyabrın 13–15-də Gəncə Dövlət Filarmoniyasının Urban Mərkəzində baş tutacaq.
"Məstan", "Altun Kitab" və Azərbaycan Nəşriyyatları Assosiasiyasının təşkilatçılığı ilə keçiriləcək sərgidə ziyarətçilər müxtəlif nəşriyyatların kitabları ilə tanış ola biləcəklər.
Sərgi hər gün saat 10:00-dan 19:00-dək davam edəcək. Tədbirə giriş ödənişsizdir.