Səhər saatlarında Atatürk prospektində yerləşən Gəncə Şəhər Məhkəməsinin zirzəmisində yanğın baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, hadisə yerinə 4 yanğınsöndürən cəlb olunub.
Zirzəmidə qurğulardan birinin yanması nəticəsində baş verən yanğın söndürülüb.