Mingəçevirdə katerlər toqquşub.
Gencexeber.az məlumat verir ki, hadisə Kür çayının şəhər ərazisindən keçən hissəsində baş verib. Su hövzəsində 2 kater toqquşub.
Qəza nəticəsində 9 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya aparılıb.
Qeyd edək ki, zərərçəkənlər Gəncədən Mingəçevirə qonaq gəliblər.
Faktla bağlı araşdırma aparılır.