Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Gencexeber.az-ın məlumatına əsasən, iki minik avtomobilinin toqquşması nəticəsində Gəncə şəhər sakini 1994-cü il təvəllüdlü İsa Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı ilk olaraq Ağstafa rayon Mərkəzi Xəstəxanasına, oradan isə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.