top
Gəncə MKTİB ilə bağlı ŞOK İDDİA - Təmizləyib, çirkləndirdilər…
05 fevral 2026, 18:00
- +

Gəncə MKTİB ilə bağlı ŞOK İDDİA - Təmizləyib, çirkləndirdilər…

Xəbər verdiyimiz kimi, Gəncə şəhərinin mərkəzində geniş ərazi uzun müddət ərzində faktiki olaraq "zibil poliqonu"na çevrilmişdi.

Məsələ ilə bağlı Gencexeber.az tərəfindən məlumat dərc edildikdən qısa müddət sonra sözügedən ərazidə Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin (MKTİB) canlı qüvvəsi və xüsusi texnikaları vasitəsilə genişmiqyaslı təmizlik işləri aparılıb. Qurum tərəfindən bildirilib ki, Mirzə Abbas Abbaszadə və Əşrəf Yusifzadə küçələrinin ərazisində qazılmış iri xəndək məsuliyyətsiz vətəndaşlar tərəfindən uzun müddət ərzində müxtəlif məişət tullantıları ilə çirkləndirilib.

Lakin Gencexeber.az-a müraciət edən sakinlərin iddiasına görə, Azərbaycan Dövlət Aqrar Universitetinin arxasında, İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin birbaşa qarşısında yerləşən həmin ərazi təmizlik işlərindən qısa müddət sonra yenidən zibillənib.

Maraqlıdır ki, sakinlərin sözlərinə görə, ərazini çirkləndirən şəxs məhz Gəncə şəhərində təmizlik işlərinə cavabdeh olan qurumun – Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşıdır. 

İddia olunur ki, bu gün səhər saatlarından etibarən qoşqulu motosiklet vasitəsilə sözügedən əraziyə aramsız şəkildə müxtəlif məişət tullantıları daşınaraq atılıb. Ərazidə yaşayan sakinlər nəqliyyat vasitəsinin sürücüsünə irad bildirdikdə, o, özünü MKTİB-in əməkdaşı kimi təqdim edib. Bu "işlərin" isə çalışdığı qurumun rəhbəri Nurəhməd Əhmədovun tapşırığı əsasında həyata keçirdiyini, eləcə də "haraya tapşırılıbsa, tullantıları da ora atıram" bildirib.

Sakinlər şəhərin mərkəzinin bu gedişatla zibil poliqonuna çevrilə biləcəyini bildirdikdə isə sürücünün "Atıram, yaxşı edirəm" cavabını verdiyi iddia olunur.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə rəsmi sorğu ünvanlanıb.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 12:00

Gəncədə yeni zavod tikiləcək

Bütün xəbərlər
Bu gün, 11:27

Prezident əfv Sərəncamı imzaladı - siyahıda Gəncə Hərbi Məhkəməsinin məhkumu da var

Bütün xəbərlər
Bu gün, 10:21

Gəncədə dayısı arvadını qətlə yetirən şəxs məhkəmə hökmündən narazıdır

Bütün xəbərlər
Bu gün, 09:08

Qeydiyyata düşməyən sakinlər antisanitariya yaradırlar – Gəncə MKTİB

Bütün xəbərlər
Dünən, 17:04

Həbsxanalarda evlənənlərin sayı AZALIB

Bütün xəbərlər
Dünən, 16:45

13 il əvvəlki qətlin üstü açıldı

Bütün xəbərlər
Dünən, 16:14

Prezident: Xarici tərəfdaşlar ekoloji normalara əməl etməsələr, onlar cəzalandırılacaq

Bütün xəbərlər
Dünən, 14:48

Psixiatriya xəstəxanası yandı, xəstələr çadıra köçürüldü

İdman
Dünən, 14:17

Ehtiram Quliyevdən haqqında yayılan iddialarla bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:20

Sabah Gəncədə hava yağmursuz olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:49

DYP kənd texnikası sürücülərinə müraciət etdi

Bütün xəbərlər
Dünən, 12:16

Gəncədə 11 nömrəli avtobuslarla bağlı ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 10:25

"Salahlı" sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib

Bütün xəbərlər
Dünən, 09:47

Yaralı halda cəbhəyə qayıdan gəncəli Şuşa fatehinin doğum günüdür

Bütün xəbərlər
21 sentyabr 2026, 18:00

"Gəncədəki dövlət xəstəxanaları bunu edə bilmir" - DEPUTAT

Bütün xəbərlər
21 sentyabr 2026, 17:27

Gəncədə 1 nömrəli marşrutun son dayanacağından ŞİKAYƏT

Bütün xəbərlər
21 sentyabr 2026, 16:11

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
21 sentyabr 2026, 14:38

Gəncədə asfaltın altında qalan lük yolun çökməsinə səbəb olub

Bütün xəbərlər
21 sentyabr 2026, 13:54

Bakıdan Ağstafaya əlavə qatarlar gedəcək

Bütün xəbərlər
21 sentyabr 2026, 13:22

Sabah 34 dərəcə isti olacaq - PROQNOZ

Bütün xəbərlər
21 sentyabr 2026, 12:38

"Kəpəz" 150-ci heç-heçəsini etdi

Bütün xəbərlər
21 sentyabr 2026, 11:31

Gəncədə iki nəfər bıçaqlanıb

Bütün xəbərlər
21 sentyabr 2026, 10:54

Gəncə azarkeşlərinin tayı-bərabəri yoxdur

Bütün xəbərlər
21 sentyabr 2026, 09:42

Yeyib-içdilər, sonra bıçaqlaşdılar…

Oxşar xəbərlər