Gəncədə binalardan birinin eyvanı dağılıb. Bu haqda Gencexeber.az-a 11 yanvar tarixində məlumat daxil olub.
Hadisə şəhərin Aida İmamquliyeva küçəsində qeydə alınıb. Gecə saatlarında 3-cü binanın ikinci mərtəbəsində yerləşən eyvanlardan biri uçub. Nəticədə xəsarət alan olmayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb ediliblər.
Qeyd edək ki, hadisə baş verən binanın yataqxana olduğu bildirilir.