Gəncədə dağılmış eyvanla bağlı tədbir görülüb. Bu haqda Gencexeber.az-a 11 yanvar tarixində məlumat daxil olub.
Aida İmanquliyeva küçəsində baş verən hadisə barədə xəbər vermişdik. Məsələ ilə bağlı İcra Hakimiyyəti açıqlama verib. Bildirilib ki, yataqxana binasında aşan eyvan təmir olunub.
Əraziyə Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin əməkdaşları cəlb ediliblər. Eyvanda bərpa işləri aparılıb.