Gəncədə yanğın baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə Nizami Gəncəvi prospekti və Şəddadilər küçəsinin kəsişməsində baş verib. Ərazidə yerləşən reklam lövhəsi alışıb.
Xoşbəxtlikdən xəsarət alan olmayıb. Reklam lövhəsi tamamilə məhv olub.
Çağırış ünvanına Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Əməkdaşlar alovun yayılmasının qarşısını alıblar.