Gəncənin müxtəlif ərazilərində asfaltlanma işləri aparılır.
Gencexeber.az-a Gəncə Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, hazırda şəhərin Atabəylər və 28 May prospektlərində, o cümlədən Təbriz küçəsində bu istiqamətdə işlər həyata keçirilir. Adıçəkilən qurumun rəhbəri Niyazi Bayramov sözügedən ərazilərdə olub, asfalt çəkilən yollara baxış keçirib.
Təmir-tikinti işləri aparılan yollarda köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənəcək.
[caption id="attachment_75508" align="alignnone" width="696"]
[/caption]
[caption id="attachment_75507" align="alignnone" width="696"]
[/caption]
[caption id="attachment_75506" align="alignnone" width="696"]
[/caption]