Bölgəmizi təmsil edən nümayəndə heyəti "İdman Paytaxtı" adlı tədbirdə iştirak edib.
Gencexeber.az məlumat verir ki, Gənclər və İdman Nazirliyinin müvafiq qərarı ilə bu il Qəbələ İdman Paytaxtı olaraq seçilib. Bununla əlaqədar bu gün Qəbələ Olimpiya İdman Kompleksində “Qəbələ İdman Paytaxtı" adlı tədbir keçirilib.
Tədbirdə Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elvin Quliyev, Azərbaycan Uşu Federasiyasının qərb bölgəsi üzrə sədr müavini və beynəlxalq dərəcəli hakim Fəxri Namazlı da iştirak edib.
Tədbir zamanı konsert proqramı baş tutub, müxtəlif idman növləri ilə məşğul olan uşaq və gənclər ustadlarının rəhbərliyi altında hərəkətlər nümayiş etdiriblər.