Gəncə şəhərində yol infrastrukturunun abadlaşdırılması prosesi aparılır.
Gencexeber.az məlumat verir ki, işlər şəhərin Təbriz küçəsində görülür. Hazırda 1,5 kilometr məsafədə yol örtüyü asfaltlanır. Əraziyə aidiyyəti qurumun briqadası və canlı qüvvəsi cəlb olunub.
Qeyd edək ki, redaksiyamıza sözügedən ərazidə yol örtüyünün vəziyyəti ilə bağlı dəfərlə şikayətlər daxil olub.