Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, sözügedən hal Əhməd Cəmil küçəsində qeydə alınıb. Kirayədə qalan 20 yaşlı Məcidova Samirə Zamir qızı və 19 yaşlı Nərimanova Nigar Maarif qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşidirilib.
Onların vəziyyəti orta ağırdır.
Qeyd edək ki, hər iki şəxs tələbədir.