top
Gəncədə qadın rəfiqəsinin zənginə görə SEVGİLİSİNİ BIÇAQLADI
04 yanvar 2025, 12:45
- +

Gəncədə qadın rəfiqəsinin zənginə görə SEVGİLİSİNİ BIÇAQLADI

 

Gəncədə söyüş üstündə qadın sevgilisini bıçaqlayıb.

Gencexeber.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilib.

Belə ki, 1987-ci ildə Gürcüstanda anadan olmuş Nəzakət Məmmədovanın (ad şərtidir) Qabil Əliyev ilə (ad şərtidir) qeyri-rəsmi ər-arvad münasibəti olub. Nəzakət dekabrın 24-ü Gəncə şəhərində yaşadığı evdə Qabillə görüşüb. Onlar yemək yeyib, spirtli içki qəbul ediblər. Hər ikisi sərxoş vəziyyətdə olarkən Nəzakətin telefonuna rəfiqəsi zəng edib. O, telefonu açmayanda Qabil Nəzakətin başqa kişilərlə danışmasından şübhələnib. Qabilin qısqanclığı tutaraq ona qarşı nalayiq ifadələr işlədib, söyüb təhqir edib. Nəzakət bundan əsəbiləşərək stolun üzərində olan bıçaqla Qabili vurub.

Nəzakət Məmmədova Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilib.

Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Nəzakət Məmmədova özünü təqsirli bilib. İfadəsində göstərib:

“Qabillə qeyri-rəsmi ər-arvad münasibətimiz var. O, yaşadığım evə tez-tez gəlib-gedirdi. Hadisə günü Qabil yenə mənim evimə gəldi. Yemək yeyib, spirtli içki qəbul edəcəkdik. Mən yemək hazırlayarkən telefonuma zəng gəldi. Həmin zəngi açmadım. Sonra dəfələrlə zəng gəlməyə davam etdi. Qabil zənglərə görə çox əsəbiləşdi, qısqanmağa başladı. Aramızda bunun üstündə mübahisə baş verdi. Qabil yanlış düşündüyün başa düşsün deyə zəngə cavab verdim. Amma yenə də mənə inanmadı, söyməyə başladı. Söyüşlərə dözə bilməyib bıçaqladım”.

Məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş Qabil Əliyev ifadə verib:

“Uzun illərdir ki, Nəzakəti tanıyıram. Qeyri-rəsmi ər-arvad kimi yaşayırıq. Nəzakətin yaşadığı evə bazarlıq edib, nə lazımdırsa alıb verirəm. Hadisə baş verən günü yemək üçün onlara getdim. Nəzakət yemək hazırlayarkən zəng gəldi. Zəng edənin kim olduğunu soruşarkən rəfiqəsi Qahirə olduğunu dedi. Zəng dayanmadı. Əsəbiləşdim, aramızda mübahisə yarandı. Mübahisə zamanı Nəzakəti söydüm. Bu zaman Nəzakət stolun üstündən götürdüyü mətbəx bıçağı ilə bir dəfə kürəyimdən vurdu. Məhkəmədən ona yüngül cəza verilməsini istəyirəm”.

Tərəflərin çıxışından sonra məhkəmə müşavirəyə yollanıb. Sonda məhkəmənin qərarı ilə Nəzakət Məmmədova 3 il müddətində azadlıqdan məhrum edilib.

Əsmər Sənani

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 16:31

Qərb bölgəsi bu məhsulların istehsalında liderdir

Bütün xəbərlər
Dünən, 15:34

"Manqal Kabab"da tanışını bıçaqladı – 4 il 3 ay həbs

Bütün xəbərlər
Dünən, 14:36

Sabah Gəncədə 37 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 14:05

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib

Bütün xəbərlər
Dünən, 13:28

Gəncədə loqoped axtarılır

Bütün xəbərlər
Dünən, 12:28

Gəncədə daşan kanal problemi sakinləri təngə gətirib

Bütün xəbərlər
Dünən, 11:34

Gəncədə təxminən hər 10 nəfərdən biri pensiya alır

Bütün xəbərlər
Dünən, 11:03

Şəmkirdə "Mercedes" yandı

Bütün xəbərlər
05 iyul 2026, 15:02

Gəlin qayınananın evini yandırıb... – Bacısı ilə birlikdə

Bütün xəbərlər
05 iyul 2026, 09:00

"Toppuş bacı"nın qardaşı vəfat edib

Bütün xəbərlər
04 iyul 2026, 13:58

Gəncədə Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib

Bütün xəbərlər
04 iyul 2026, 12:00

Monqolustanın quzu ətləri keyfiyyətsiz deyil - EKSPERT

Bütün xəbərlər
04 iyul 2026, 10:24

"İmperialın dördyolu"nda təmizlik işləri aparıldı

Bütün xəbərlər
04 iyul 2026, 09:12

Gəncədə uşaq meydançaları: Quruyan xalçalar, paslı yelləncəklər…

Bütün xəbərlər
03 iyul 2026, 21:02

Məktəbli Əlinin vacib hekayəsi - VİDEO

Bütün xəbərlər
03 iyul 2026, 16:50

Gəncədə bir aydır küçədə qalan UNİTAZ narazılıq yaradır

Bütün xəbərlər
03 iyul 2026, 15:03

Gəncədə yeni avtobuslardakı kondisioner problemi həll olundu

Bütün xəbərlər
03 iyul 2026, 09:05

Gəncədə zibil problemi: Sakinlər qoxudan pəncərə aça bilmir

Bütün xəbərlər
02 iyul 2026, 17:59

Gəncədə "İpək Yolu" Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib

Bütün xəbərlər
02 iyul 2026, 17:34

Gəncədə bu məktəbə direktor təyin olunub

Bütün xəbərlər
02 iyul 2026, 16:12

Ən çox saxtalaşdırılan məhsullar AÇIQLANDI – "Kənd toyuğu" da var

Bütün xəbərlər
02 iyul 2026, 15:38

Gəncə Regional Kollecində YENƏ GƏRGİNLİK

Bütün xəbərlər
02 iyul 2026, 15:04

Bağçalara uşaqların elektron qəbulu başlanılır

Bütün xəbərlər
02 iyul 2026, 14:02

Gəncədə 36 dərəcə isti olacaq - PROQNOZ

Oxşar xəbərlər