Gəncədə oğurluq əməllərində şübhəli bilinən şəxslər tutulub.
Gencexeber.az-ın məlumatına görə, Gəncə şəhər ərazisində müxtəlif şəxslərin bank kartlarından ümumilikdə 2000 manata yaxın pul vəsaitinin oğurlanması barədə polisə məlumatlar daxil olub.
Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 30 yaşlı M. Əmirov və 31 yaşlı Z.Səfərxanova müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırmalar aparılır.