Gəncə şəhərində sərnişin daşıyan 28 saylı marşut xətti ilə hərəkət edən "Mercedes" markalı avtomobillə "VAZ2106" markalı maşınların toqquşması nəticəsində yaralıların sayı 4 nəfərə çatıb.
Gencexeber.az bildirir ki, hadisə zamanı 1992-ci il təvəllüdlü Zöhrə Orucova, Səməd Məmmədcəfərov, 52 yaşlı Məhbubə Abbasova və 33 yaşlı Jalə Zeynalova müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar şəhər ərazisində yerləşən xəstəxanalardan birinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır
19:30
Gəncə şəhərində sərnişin daşıyan 28 saylı marşut xətti ilə hərəkət edən "Mercedes" markalı mikroavtobus qəza törədib.
Gencexeber.az bildirir ki, hadisə Avtozavod qəsəbəsində baş verib. Hadisə zamanı sözügedən avtomobil "VAZ-2106" markalı maşınla toqquşub.
İlkin məlumata görə, qəzada 52 yaşlı Məhbubə Abbasova və 33 yaşlı Jalə Zeynalova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhər ərazisindəki xəstəxanalardan birinə yerləşdirilən yaralıların vəziyyəti orta-ağırdır.

