Gəncənin mərkəzində ağacın sallanan budağı təhlükə mənbəyinə çevrilib.
Gencexeber.az məlumat verir ki, sözügedən hal Hüseyn Cavid küçəsində müşahidə edilir. Ərazidə mövcud iri ağacın budağı qoparaq alt haçaların üzərində sallanır.
Sakinlər aidiyyəti qurumları təhlükəli halın aradan qaldırılması üçün hərəkətə keçməyə çağırırlar.