Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Gencexeber.az məlumat verir ki, hadisə Yeni Gəncə yaşayış massivində qeydə alınıb. 1978-ci il təvəllüdlü Arzu Bəricaz bıçaqlanıb.
Ürək nahiyəsindən bir neçə dəfə bıçaqlanan kişi xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
İlkin məlumata görə, adıçəkilən şəxs öz qohumu tərəfindən bıçaqlanıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.