Ötən gün Gəncədə baş vermiş bıçaqlanma hadisəsini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Gencexeber.az-ın məlumatına əsasən, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində 1991-ci il təvəldüdlü Məcnun Əhmədzadəyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 39 yaşlı Pərviz Qasımov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma davam etdirilir.