top
Gəncə sakinləri marşrut avtobuslarından ŞİKAYƏTÇİDİR - FOTO
13 yanvar 2025, 17:00
- ↺ +

Gəncə sakinləri marşrut avtobuslarından ŞİKAYƏTÇİDİR - FOTO

 

Gəncə sakinləri 1992-1993-cü illərdən qalma sınıq-salxaq avtobusların fəaliyyət göstərməsindən şikayətçidir.

Hüriyyət.аz-a bununla bağlı sakinlər şikayət ünvanlayıb.

Onlar bildirir ki, köhnə avtobusların içləri xarici görünüşlərindən də bərbad gündədir:

“İçəridə qazın və kirin iyindən oturmaq mümkün deyil. Eyni zamanda dayanacaqlar da bərbad gündədir. Kim harada istəyir, orada da avtobusu saxlatdırır. Bildiyiniz kimi, Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Lakin burda vəziyyət ürəkaçan deyil. İş yox, nəqliyyat bərbad gündə, yollar dağılır. Bir sözlə, şəhər baxımsız vəziyyətdədir.

Gəncə şəhərində 3-4 yeni avtobus var ki, onların daxili və xarici görünüşləri normaldır, amma onlar da vaxtla əlaqədar olaraq təhlükəli idarə edirlər. Əhalini fikirləşən yoxdur. Üstəlik, yararsız avtobuslarda gediş haqqının 50 qəpik olması da çoxdur.

Daha bir vacib məsələ isə odur ki, axşam saat 8-dən sonra şəhərdə avtobus tapmaq mümkün olmur. Yerüstü Nəqliyyat Agentliyindən xahiş edirik, bu yaman günlü avtobusları şəhərdən çıxarsınlar”.

Məsələ ilə bağlı açıqlama verən Yerüstü Nəqliyyat Agentliyinin mətbuat xidməti bildirib ki, regionlarda ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə marşrut xətləri təhlil edilir və avtobus parkının yenilənməsi diqqət mərkəzində saxlanılır:

“Daşıyıcı şirkətlər qarşısında sərnişindaşıma tələblərinə cavab verməyən o cümlədən köhnə, istismara yararsız avtobusların yeniləri ilə əvəzlənməsi ilə bağlı tapşırıqlar qoyulur. Hazırda ölkənin bütün rayon və şəhərlərinin nəqliyyat şəbəkəsi geniş təhlil olunur və nəticələrə uyğun olaraq marşrut xətləri mərhələli qaydada müsabiqəyə təqdim edilir. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Qeyd edək ki, Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində sərnişindaşımaya 18 yeni və müasir avtobus cəlb edilib. 58-60 sərnişin tutumlu avtobuslar 2018-ci ilin istehsalıdır və ekoloji təmiz avro-6 standartlarına cavab verir. Avtobusların yenilənməsi mərhələli şəkildə davam etdiriləcək”.

[caption id="attachment_75915" align="alignnone" width="953"]Gəncə sakinləri marşrut avtobuslarından ŞİKAYƏTÇİDİR  [/caption]

[caption id="attachment_75916" align="alignnone" width="908"]Gəncə sakinləri marşrut avtobuslarından ŞİKAYƏTÇİDİR  [/caption]

Son xəbərlər

Tarix
Bu gün, 00:00

Suqovuşan 6 ildir azaddır

Bütün xəbərlər
Dünən, 18:00

Gəncədə ötən il 1258 nikah bağlanıb, 793 boşanma olub

Bütün xəbərlər
Dünən, 17:57

Gəncədə yolun ortasındakı abidə əyildi

Bütün xəbərlər
Dünən, 17:38

ADAU tələbəsi təqaüd proqramında uğur qazanıb

Bütün xəbərlər
Dünən, 17:05

ADY: Gürcüstan qatarına əlavə reyslərin biletləri bu gündən satışdadır

Bütün xəbərlər
Dünən, 16:37

Gəncədə sənaye işçilərinin sayı azalıb

Bütün xəbərlər
Dünən, 16:02

Gəncədə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanılıb

Bütün xəbərlər
Dünən, 15:33

"Turan Tovuz" oyununa 25 minə yaxın bilet satılıb

Bütün xəbərlər
Dünən, 14:45

Gəncədə üç avtomobil toqquşdu, evin hasarı uçdu

Bütün xəbərlər
Dünən, 13:49

Ötən ay dövlət sərhədini pоzan 20 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 13:17

Sabah dolu düşəcək, qar yağacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 12:15

Yük avtomobili dərəyə aşıb, sürücü xəsarət alıb

Bütün xəbərlər
Dünən, 11:00

Məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb

Bütün xəbərlər
Dünən, 09:51

"Ana, məni bağışla" deyib, BIÇAQLADI

Bütün xəbərlər
Dünən, 09:03

Gəncədə şəhid Nicat Qasımovun adına park salınıb

Bütün xəbərlər
Dünən, 00:00

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
01 oktyabr 2026, 16:58

Gəncədə zəhərlənən şagirdlərin sayı artdı

Bütün xəbərlər
01 oktyabr 2026, 16:33

Gəncə kollecində 360 min manatlıq yeyinti: direktorlar pulları necə talayıblar?

Bütün xəbərlər
01 oktyabr 2026, 14:47

Döyülən müəllimə: "Telefonumu başımda qırdı"

Bütün xəbərlər
01 oktyabr 2026, 14:11

Gəncədə 5 şagird zəhərləndi, xəstəxanaya çatdırılıblar

Bizim fəxrimiz
01 oktyabr 2026, 12:06

Gəncəli boksçu Avropada PARLADI

Bütün xəbərlər
01 oktyabr 2026, 11:35

Gəncəlilər üçün dönər əti belə ŞƏRAİTDƏ HAZIRLANIRMIŞ

Bütün xəbərlər
01 oktyabr 2026, 10:41

Dilənçilik edən 32 nəfər Gəncədən UZAQLAŞDIRILIB

Bütün xəbərlər
01 oktyabr 2026, 09:24

Müəllimə dərs üstündə həmkarını məktəbdə döyüb

Oxşar xəbərlər